“Neftçi İdman Klubu”nun yunan-Roma güləşçiləri Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan Avropa Olimpiya Təsnifat Turnirində 2 medal qazanıblar. Pəhləvanlarımızdan 87 kiloqram çəki dərəcəsində mübarizə aparan  İslam Abbasov  qızıl, Sənan Süleymanov (77 kq) isə bürünc medala yiyələnib. Hər iki güləşçimizə son görüşdə rəqibləri tatamiyə çıxmadıqları üçün texniki qələbə verilib.İslam Abbasov finala yüksəldiyi üçün Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya da əldə edib.Xatırladaq ki, yarışın əvvəlki günlərində mötəbər turnirin gümüş medalına layiq görülmüş sərbəst güləşçimiz Hacı Əliyev də Tokio-2020-yə lisenziya qazanıb.Qeyd edək ki, sonuncu lisenziya yarışı – Dünya Olimpiya Təsnifat turniri 6 – 9 mayda Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək. Həmin yarışda da hər çəkidə ilk iki yerin sahibi Olimpiadaya lisenziya qazanacaq.