Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Böyük dəbilqə” turniri davam edir.”Neftçi İdman Klubu”nun cüdoçusu, 87 kiloqram çəki dərəcəsində mübarizə aparan Murad Fətiyev bürünc medal uğrunda kanadalı idmançı Antuane Valua-Forteni məğlub edib və üçüncü yeri tutub.Qeyd edək ki, martın 28-dək davam edəcək turnirdə 80 ölkədən 464 cüdoçu mübarizə aparır.Ölkəmiz yarışda 11 idmançı ilə təmsil olunur.