Beynəlxalq
Şahmat Federasiyası (FIDE) 2021-ci il aprelin 1-nə olan reytinq siyahısını
açıqlayıb.Dünya reytinqinə görə, ilk onluqda qərarlaşan
“Neftçi İdman Klubu”nun şahmatçısı Teymur Rəcəbovun mövqeyi dəyişməz olaraq qalıb.
Belə ki, dünya kubokunun qalibi Teymur Rəcəbov (2765) bu dəfə də onuncu pillədə
qərarlaşıb.Qeyd edək ki, kişi şahmatçıların siyahısına
norveçli dünya çempionu Maqnus Karlsen (2847) başçılıq edir.