Türkiyənin Antalya şəhərində keçirilən cüdo üzrə “Böyük dəbilqə” beynəlxalq turniri davam edir. Doxsan üç ölkədən 440 idmançının qalib adı uğrunda mübarizə apardığı yarışda “Neftçi İdman Klubu”nun daha bir təmsilçisi mükafatçılar arasında yer alıb. Cüdoçumuz  Murad Fətiyev nüfuzlu turnirdə fəxri kürsünün 3-cü pilləsində dayanıb. O,  1/16 finalda Damian Stepiyen (Polşa), ardınca isə Din Gemeri (İsrail) yarışdan kənarlaşdırsa da, 1/4 finalda Vedat Albayraka (Türkiyə) məğlub olub. İdmançımız Rusiya təmsilçisi David Karapetyanla təsəlliverici görüşə  çıxmalı olsa da, rəqib bundan imtina edib. Buna erməni əsilli idmançının əvvəlki qarşılaşmada zədələnməsi səbəb olub. Üçüncü yer uğrunda qarşılaşmada ispaniyalı Antonio Espositoya qalib gələn Murad Fətiyev bürünc medala sahib olub.Xatırladaq ki, yarışın ilk günündə klubumuzun digər yetirməsi Nicat Şıxəlizadə (66 kq) də eyni uğura imza atıb.Turnir aprelin 3-də başa çatacaq.