Kazanda keçirilən cüdo üzrə “Böyük dəbilqə” turniri davam edir.”Neftçi İdman Klubu”nun Azərbaycan millisinin heyətində yer alan cüdoçusu Murad Fətiyev nüfuzlu yarışın  bürünc medalına yiyələnib. 81 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız üçüncü yer uğrunda qarşılaşmada belaruslu Yunus Bekmurzayevi məğlub edib.Qeyd edək ki, 79 ölkədən 400-dən çox idmançının mübarizə apardığı və mayın 7-dək davam edəcək turnir Tokio Olimpiadasına lisenziya xarakteri daşıyır.