Bolqarıstanın paytaxtı Sofiyada
parataekvondo üzrə Avropa təsnifat turniri keçirilib.”Neftçi İdman Klubu”nun yarışda mübarizə
aparan təmsilçiləri Röyalə Fətəliyeva (49 kq), Aynur Məmmədova (58 kq) və Əbülfəz
Abuzərli (75 kq) bütün rəqiblərini məğlub edərək qızıl medala sahib olublar. Turnirdə
uğurla çıxış edən parataekvondoçularımız bu nəticə ilə “Tokio-2020” Yay
Paralimpiya Oyunlarında iştiraklarını da təmin ediblər.Qeyd edək ki, parataekvondo idman növü ilk dəfə
olaraq Paralimpiya Oyunlarının proqramına salınıb.