Futbol üzrə Azərbaycan çempionatının I Divizionunda XXVI turun oyunları keçirilib.  Bu tur çərçivəsində “Qaradağ Lökbatan”   MOİK komandasını qəbul edib. Lökbatan qəsəbəsindəki Qaradağ Təlim-İdman Bazasının   stadionunda təşkil olunan qarşılaşmada komandamız rəqibini  3:1 hesabı  ilə məğlubiyyətə uğradıb. “Qaradağ Lökbatan”ın heyətində Samir Ağayev (11), Cavid Nəcizadə (14) və Sabir Allahquliyev (72) fərqləniblər. Rəqib komandanın vurduğu yeganə təsəlli qoluna isə Elvin Nəsibov(74) imza atıb.Beləliklə, MOİK-dən daha yaxşı oyun sərgiləyən futbolçularımız növbəti 3 xalı vurduqları 3 qolla qazanıblar.