“Neftçi İdman Klubu”nun velosipedçisi Samir Cəbrayılov şose yarışları üzrə açıq Ukrayna kuboku turnirinin üçüncü mərhələsinin qalibi olub. Təmsilçimiz dörd günlük yarışın yekununa əsasən, bütün rəqiblərini qabaqlamaqla fəxri kürsün ən yüksək pilləsinə qalxıb.136 kilometrdən ibarət ilk yarış günündə finiş xəttini 8-ci keçən Samir Cəbrayılov növbəti gün 141 kilometr məsafəni birinci qət edib (3 saat, 31 dəqiqə, 42 saniyə) və mərhələnin qalibi olub. 112 kilometrlik üçüncü və 20 kilometrlik dördüncü mərhələlərdə (fərdi ötüşmə) müvafiq olaraq 5-ci və 4-cü nəticə göstərən velosipedçimiz bununla da ümumi təsnifatda bütün rəqiblərini qabaqlayaraq birinci yeri tutub.