Futbol üzrə Azərbaycan çempionatının I Divizionunda XXVII – mövsümün sonuncu turunun oyunları keçirilib. Bu tur çərçivəsində “Qaradağ Lökbatan”   “Qarabağ-2” komandası ilə üz-üzə gəlib. “ASCO Arena”da təşkil olunan qarşılaşma komandamızın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunun hər iki hissəsi Nazim Əliyevin yetirmələrinin üstünlüyü şəraitində keçib. Buna baxmayaraq, matçın ilk hissəsində qol səsi eşidilməyib. Fasilədən sonra hücumlarının kəsərini bir qədər də artıran futbolçularımız 85-ci dəqiqədə qarşılaşmanın yeganə qolunu vurublar. Cavid Nəcizadə rəqibi cəzalandıraraq adını tabloya yazdırıb.”Qarabağ-2” komandasından  daha yaxşı oyun nümayiş etdirən “Qaradağ Lökbatan” mövsümün sonuncu görüşünü qələbə ilə başa vuraraq növbəti dəfə 3 xal qazanıb.