“Neftçi İdman Klubu”nun şahmatçısı Teymur Rəcəbov Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn seriyasının altıncı mərhələsinin “The FTX Crypto Cup” turnirində yarımfinala vəsiqə qazanıb. Təmsilçimiz dörddəbir final mərhələsinin cavab matçında niderlandlı Aniş Giri ilə üz-üzə gəlib. Dörd partiyadan ibarət matçın bütün oyunları heç-heçə başa çatdığından matçda bərabərlik qeydə alınıb. Bununla da birinci matçda rəqibini 2,5:1,5 hesabı ilə məğlub etmiş Teymur Rəcəbov qalib elan olunaraq yarımfinala vəsiqəni təmin edib.