Bakıda keçirilən paracüdo üzrə
“IBSA Judo Grand-Prix Baku 2021” beynəlxalq Qran-pri turnirinə yekun vurulub. Yarışda
38 ölkədən 200 idmançı qalib adı uğrunda mübarizə aparıb.”Neftçi İdman Klubu”nun Azərbaycan
komandasının heyətində təmsil olunan yetirmələri mötəbər yarışın 5 medalına (2
qızıl, 1 gümüş, 2 bürünc) yiyələniblər. Paracüdoçularımızdan Sevda Vəliyeva (57
kq) və Xanım Hüseynova (63 kq) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən
yüksək pilləsinə qalxıblar. Yalnız finalda məğlub olan Hüseyn Rəhimli (81 kq) gümüş,
Bəsti Səfərova (52 kq) və Afaq Sultanova (57 kq) isə bürünc medala layiq
görülüblər.Qeyd edək ki, 9 medal qazanan
Azərbaycan paracüdo komandası ümumi hesabda beynəlxalq Qran-pri turnirini
birinci yerdə başa vurub. Özbəkistan yığması ikinci, Braziliya paracüdoçuları
isə üçüncü yeri tutublar.”IBSA Judo Grand-Prix Baku 2021” Qran-prisi Tokio
Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandırır.