Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil
etdiyi “Champions Chess Tour” onlayn seriyasının “The FTX Crypto Cup” turnirinə
yekun vurulub.Final mərhələsinin oyunlarında “Neftçi İdman
Klubu”nun şahmatçısı Teymur Rəcəbov üçüncü yer uğrunda rusiyalı Yan Nepomnyaşi
ilə ikinci dövrədə üz-üzə gəlib. Qarşılaşma şahmatçımızın məğlubiyyəti ilə sona
yetib. Beləliklə, Teymur Rəcəbov mükafatçılar sırasına düşə bilməyib. Xatırladaq
ki, birinci dövrədə bu iki rəqib arasında heç-heçə qeydə alınmışdı.Norveçli dünya çempionu Maqnus Karlsen
finalda ABŞ şahmatçısı Uesli So üzərində qələbə qazanaraq turnirin qalibi adını
qazanıb.Qeyd edək ki, Teymur Rəcəbov “Champions
Chess Tour” seriyası çərçivəsində keçirilən ikinci – “Airthings Masters”
turnirinin finalında Ermənistan təmsilçisi Levon Aronyanı məğlub edərək yarışın
qalibi olmaqla yanaşı, həm də seriyanın finalına vəsiqə qazanıb. Şahmatçımız
seriyanın üçüncü mərhələsində – “Opera Euro Rapid” turnirində isə üçüncü
yeri tutub.”The
FTX Crypto Cup” turnirinin mükafat fondunu 220 min ABŞ dolları məbləğində pul
mükafatı və 100 min dollar dəyərində “bitcoin” təşkil edir.”Champions Chess Tour” onlayn şahmat
seriyası ümumilikdə 10 turnirdən ibarətdir. Sentyabradək davam edəcək seriyanın
ümumi mükafat fondu isə 1,5 milyon dollardır.