Mayın 31-də Polşanın Bıdqoş şəhərində start
götürmüş paralimpiyaçılar arasında atletika üzrə açıq Avropa çempionatı davam
edir.”Neftçi İdman Klubu”nun Azərbaycan
millisinin heyətində yer almış təmsilçisi,T11 kateqoriyasında mübarizə aparan Toğrul Hümbətov uzunluğa tullanma yarışlarında 5.67 metr nəticə göstərərək bürünc medala
sahib olub.Yarış “Tokio 2020” Yay Paralimpiya
Oyunlarında iştirak üçün reytinq xalları qazandırır.