“Neftçi İdman Klubu”nun təmsilçisi Ruslan Lunyov Xorvatiyanın Osiek şəhərində güllə  atıcılığı üzrə keçirilən Avropa çempionatında mükafata layiq görülüb. İdmançımız 25 metr məsafəyə kiçikçaplı tapançadan atəşaçma yarışında 582 xal toplayaraq bürünc medala yiyələnib.Qeyd edək ki, Ruslan Lunyov İtaliyanın Bolonya şəhərində keçirilmiş qitə çempionatında 25 metr məsafəyə kiçikçaplı tapançadan atəşaçma yarışının qalibi olmaqla “Tokio-2020” Yay Olimpiya Oyunlarına vəsiqəni təmin edib.