Polşanın paytaxtı Varşavada
keçirilən güləş üzrə “Poland Open” turniri başa çatıb.Yarışın sonuncu günündə
“Neftçi İdman Klubu”nun yunan-Roma güləşçisi İslam Abbasov mübarizəyə qoşulub.
Doxsan yeddi kiloqram çəki dərəcəsində çıxış edən pəhləvanımız təsnifat mərhələsində
Türkiyə idmançısına qalib gəlsə də, dörddəbir finalda İran təmsilçisinə məğlub
olub. Rəqibi finala yüksəldiyi üçün İslam Abbasov təsəlliverici görüşə çıxıb və
danimarkalı güləşçi üzərində inamlı qələbə qazanıb. Üçüncü yer uğrunda keçirilən
görüşdə polşalı rəqibini məğlubiyyətə uğradan güləşçimiz turnirin bürünc medalına
sahib olub.Xatırladaq ki, nüfuzlu yarışın əvvəlki günlərində sərbəst
güləşçimiz Hacı Əliyev (70 kq) də fəxri kürsünün üçüncü pilləsində yer almışdı.