Ukraynanın Odessa şəhərində
qarışıq döyüş növləri üzrə dünya kuboku yarışı keçirilib. Turnirdə 16 ölkədən
800-ə yaxın idmançı medallar uğrunda mübarizə aparıb.Yarışda “Neftçi İdman Klubu”nun
yetirmələri əzm nümayiş etdirərək uğurla çıxış ediblər və qızıl medallara yiyələniblər.
İdmançılarımızdan Nicat Yusifof (70 kq) ermənini, Cəlal Cəlallı (80 kq) isə yerli
idmançını məğlub edərək dünya kubokuna sahib olub.