Bu gün Parisdə nüfuzlu “Grand Chess
Tour” yarışının ikinci mərhələsinə – blits turnirinə yekun vurulub.Yarışın sonuncu günündə “Neftçi
İdman Klubu”nun şahmatçısı Teymur Rəcəbov prinsipial rəqibi, Ermənistan təmsilçisi
Levon Aronyana qalib gəlib. O, ikinci mərhələnin blits turnirində yekun nəticəyə
görə 9-cu olub. Turnirin qalibi isə ABŞ şahmatçısı Uesli So olub.