Daşkənddə peşəkarlar arasında
kikboksinqin WAKO-PRO versiyası üzrə açıq Özbəkistan turniri keçirilib.Yarışda “Neftçi İdman Klubu”nun
yetirməsi – Avropa çempionu, dünya
kubokunun qalibi, dünya çempionatının mükafatçısı Ruslan Musayev (67 kq) uğurla
çıxış edib. Mötəbər turnirdə böyük əzmkarlıq nümayiş etdirən kikboksçumuz
inamla mübarizə apararaq yerli idmançı Azizbek Nematov üzərində nokautla qələbə
qazanıb və yarışın qızıl medalına sahib olub.Qeyd edək ki, Ruslan Musayev indiyədək keçirdiyi 13 peşəkar döyüşün 11-dən qalib ayrılıb.”Neftçi İdman Klubu”nun idarəetmə
aparatının rəhbəri Sadıq Sadıqov bu qələbə
münasibətilə kikboksçumuzu qəbul edərək təbrik edib və ona gələcək yarışlarda uğurlar diləyib.