“Neftçi İdman Klubu”nun yetirməsi Ruslan Lunyov “Tokio-2020” Yay Olimpiya Oyunlarında ilk çıxışını başa vurub. 10 metr məsafəyə kiçikçaplı tapançadan atəşaçma yarışında mübarizəyə təsnifat mərhələsindən başlayan idmançımız yekunda 574 xal toplayaraq 20-ci olub. Bu nəticə isə onun final mərhələsinə çıxması üçün yetərli olmayıb.Qeyd edək ki, Ruslan Lunyov avqustun 1-də 25 metr məsafəyə atəşaçmada da hədəf önünə keçəcək.