İyulun
22-də Polşanın Siedlce şəhərində start götürmüş sumo üzrə kadetlər və yeniyetmələr
arasında Avropa birinciliyinə yekun vurulub.Yarışda
ölkəmizi yeniyetmələr arasında təmsil edən “Neftçi İdman Klubu”nun yetirməsi Nuhan
Müzəffərov əzmlə mübarizə apararaq finala qədər irəliləyib. Qırx beş kiloqram çəkidə
çıxış edən idmançımız yalnız həlledici görüşdə məğlub olub və nüfuzlu turnirin
gümüş medalını qazanıb.