“Neftçi İdman Klubu”nun cüdoçusu, Azərbaycan
millisinin heyətində yer almış İrina Kindzerska Tokio-2020 Yay Olimpiya
Oyunlarında mübarizəyə qoşulub. Yetmiş səkkiz kiloqramdan yuxarı çəki dərəcəsində
çıxış edən idmançımız ilk görüşdə Bosniya və Herseqovina təmsilçisi Larisa
Tseriçə ipponla qalib gələrək dörddəbir final mərhələsinə adlayıb. O, bu mərhələdə
Cənubi Koreyanı təmsil edən Mijin Hanla görüşdə də üstün olub və yarımfinala
yüksəlib. Yarımfinalda yaponiyalı Akira Soneyə məğlub olan idmançımız üçüncü
yer uğrunda görüşdə çinli Şiyan Xu ilə üz-üzə gəlib. Rəqibi üzərində ipponla qələbə qazanan İrina Kindzerska Tokio Olimpiadasının bürünc
medalına sahib olub.Qeyd edək ki, bu, Azərbaycan yığmasının Tokio-2020 Yay Olimpiya
Oyunlarında əldə etdiyi ilk medal olub.