“Neftçi İdman Klubu”nun güllə atıcısı Ruslan
Lunyov Tokio Yay Olimpiya Oyunlarında mübarizəni dayandırıb. Kiçikçaplı tapançadan
25 metr məsafəyə atəşaçma yarışında çıxış edən təmsilçimiz ikinci təsnifat mərhələsində
286 xal toplayıb. İdmançımız ilk yarışda 281 xal qazanmışdı. Yekunda 567 xal
toplayan atıcımız finala yüksəlmək şansını itirib.Qeyd edək ki, həlledici raundda ən yaxşı nəticə
göstərmiş 6 atıcı iştirak edəcək.Xatırladaq ki, Ruslan Lunyov iyulun 24-də kiçikçaplı
tapançadan 10 metr məsafəyə atəşaçma yarışında 20-ci pillədə qərarlaşıb.