Vətən müharibəsi şəhidləri Həmidağa Hüseynzadə,
Tacəddin Əzizli və Hüseyn Tağıyevin xatirəsinə həsr olunmuş güllə atıcılığı üzrə
turnirə yekun vurulub. Gənclər arasında keçirilən və Bakı Atıcılıq Mərkəzində təşkil
olunan yarışda əlliyə yaxın idmançı bacarığını nümayiş etdirib.Klubumuzun təmsilçiləri yarışda aşkar
üstünlükləri ilə seçiliblər və 3 medala sahib olublar. Atıcılarımızdan İmran
Qarayev oğlanlar arasında ən yüksək nəticə göstərərək turnirin qalibi olub.
Xanım idmançıların yarışında Nəzrin Abbaslı eyni uğura imza atıb. Klubun digər
yetirməsi Xalidə Əliyeva isə bürünc medala layiq görülüb.