Su İdman Sarayının ərazisindəki meydançada on
altı yaşadək futbolçular arasında keçirilən çimərlik futbolu üzrə Azərbaycan birinciliyi
başa çatıb.Yarışda “Neftçi İdman Klubu”nun komandası uğurla
çıxış edib. İlk görüşdə “Tural”a 10:4 hesabı ilə qalib gələn
futbolçularımız, ikinci qarşılaşmada
ASTA komandası üzərində qələbə qazanıblar – 5:2. Komandamız növbəti oyunda “Baku-Fire”
klubuna məğlub olsa da, üçüncü yer
uğrunda görüşdə rəqibi ASTA komandası ilə oyunu 7:0 hesablı qələbə ilə başa
vurub və ölkə birinciliyinin bürünc medalına sahib olub.Sevindirici haldır ki, futbolçumuz Cəmil
Əliyev çempionatın ən yaxşı oyunçusu seçilib və Azərbaycan milli komandasının heyətinə
cəlb olunub.