Estoniyanın paytaxtı Tallində keçirilən
taekvondo üzrə Avropa birinciliyi davam edir. Uşaq, yeniyetmə və 21 yaşadək
idmançılar arasında təşkil olunan qitə birinciliyinə milli komandamızın üzvləri
də qatılıblar.”Neftçi İdman
Klubu”nun Azərbaycan millisinin heyətində təmsil olunan taekvondoçusu Hüseyn
Xudiyev əzmlə çıxış edərək mükafatçılar sırasına düşməyə müvəffəq olub. Altmış
beş kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız yalnız həlledici final
görüşündə məğlub olub və yeniyetmələr arasında qitə birinciliyinin gümüş medalına
layiq görülüb.