Rusiyanın Ufa şəhərində keçirilən gənc güləşçilərin dünya birinciliyi davam edir.”Neftçi İdman Klubu”nun yunan-Roma güləşçisi Elmir Əliyev (55 kq) səkkizdəbir final mərhələsində iranlı həmkarı ilə gərgin mübarizə şəraitində keçən görüşdə minimal hesabla məğlub olub. Rəqib finala yüksəldiyi üçün pəhləvanımız təsəlliverici görüşə qatılıb və Türkiyə idmançısına qalib gəlib. Üçüncü yer uğrunda  qarşılaşmada Qazaxıstan təmsilçisi üzərində qələbə qazanan Elmir Əliyev dünya birinciliyinin bürünc medalına sahib olub.Xatırladaq ki, mötəbər yarışın əvvəlki günlərində klubumuzun sərbəst güləşçisi Turan Bayramov (74 kq) da eyni uğura imza atıb.