“Neftçi İdman Klubu”nun Tokio-2020 Yay Paralimpiya Oyunlarında uğurla çıxış edən idmançılarından daha bir qrupu Bakıya qayıdıb.Heydər Əliyev Beynəlxalq Hava Limanında təşkil olunan qarşılanma mərasimində Azərbaycan Milli Paralimpiya Komitəsinin, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, Azərbaycan Cüdo Federasiyasının, “Neftçi İdman Klubu”nun əməkdaşları, jurnalistlər, idman ictimaiyyətinin nümayəndələri və paralimpiyaçıların yaxınları iştirak ediblər.Qızıl medal qazanan paracüdoçularımız Xanım Hüseynova (63 kq), Dürsədəf Kərimova (+70 kq), Hüseyn Rəhimli (81 kq), Sevda Vəliyeva (52 kq), bürünc medalçı İlham Zəkiyev (+100 kq), yarışı medalsız başa vuran paraatletimiz Kamil Əliyev və digər idmançılar Vətənə qayıdıblar.Qeyd edək ki, daha əvvəl Tokio Paralimpiadasında uğur qazanan digər cüdoçularımız da Bakıya dönüb.