“Neftçi İdman
Klubu”nun on doqquz yaşadək futbolçulardan ibarət komandası Lökbatan qəsəbəsində
yerləşən Qaradağ Təlim-İdman Bazasında təlim-məşq toplanışında olub. On gün
davam edən toplantıda futbolçulara oyun qaydaları, oyun sistemləri, oyun
fazaları və oyun prinsipləri haqda nəzəri və praktiki məşğələlər keçirilib.