Lüksemburqda gənc cüdoçular arasında Avropa birinciliyinə start verilib.”Neftçi İdman Klubu”nun Azərbaycan millisinin heyətində təmsil olunan xanım cüdoçusu nüfuzlu yarışda uğurla çıxış edib. Qırx səkkiz kiloqram çəki dərəcəsində mübarizə aparan Aydan Vəliyeva ispaniyalı Eva Peres və portuqaliyalı Raquel Britonu məğlub edərək yarımfinala çıxıb. Yarımfinalda israilli Sindi Vainşteyn üzərində qələbə qazanan cüdoçumuz finala yüksəlib. Həlledici mərhələdə onun rəqibi rusiyalı İrena Xubulova olub. Bu qarşılaşmada məğlub olan cüdoçumuz qitə birinciliyinin gümüş medalına sahib olub.Qeyd edək ki, sentyabrın 11-dək davam edəcək yarışda 43 ölkədən 350-dən çox cüdoçu mübarizə aparır.