Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında bu gün cüdoçular mübarizəyə qoşulub.”Neftçi İdman Klubu”nun təmsilçiləri nüfuzlu yarışın 2 medalına yiyələniblər. Altmış kiloqram çəki dərəcəsində çıxış edən Əhməd Yusifov yalnız həlledici final qarşılaşmasında komanda yoldaşına məğlub olaraq  gümüş medala layiq görülüb. Digər cüdoçumuz Camal Feyziyev (+100) isə yarışı üçüncü pillədə başa vurub.