Yunanıstanın  Katerini şəhərində keçirilən çimərlik güləşi üzrə yeniyetmə və gənclərin Avropa birinciliyinə yekun vurulub.”Neftçi İdman Klubu”nun təmsilçisi Fərid Cabbarov (80 kq) gənclər arasında təşkil olunan yarışda böyük uğura imza atıb. Pəhləvanımız qitə birinciliyinə Portuqaliya idmançısı üzərində qazandığı inamlı qələbə ilə start verib.  Daha sonra o,  Yunanıstanın iki güləşçisi ilə qarşılaşıb. Onlardan birinə qalib gələn klubumuzun yetirməsi digərinə məğlub olub. Ancaq bu məğlubiyyət onun yarımfinala yüksəlməsinə əngəl olmayıb. Ukrayna təmsilçisini üstələyən idmançımız finala vəsiqəni təmin edib. Həlledici görüşdə o, üçüncü turda məğlub olduğu Yunanıstan güləşçisi ilə üz-üzə gəlib. Finalda yerli idmançıdan revanş alan Fərid Cabbarov mötəbər yarışın qızıl medalına sahib olub.