Birinci Divizionda II turun oyunları keçirilir.
“Qaradağ Lökbatan” bu tur çərçivəsində Gəncənin “Kəpəz” komandasını
qəbul edib. Lökbatan qəsəbəsindəki Qaradağ Təlim-İdman Bazasının
stadionunda təşkil olunan oyun 1:1 hesabı ilə sona yetib. Qarşılaşmanın
56-cı dəqiqəsində rəqibin heyətində Tural Rzayev fərqlənərək komandasını önə
çıxarıb. “Qaradağ Lökbatan” yalnız son anda, matçın əsas vaxtına əlavə olunmuş artırma dəqiqələrində
(90+1) Urfan İsmayılovun vurduğu qolla məğlubiyyətdən xilas ola bilib – 1:1.