Rumıniyanın Konstanta şəhərində çimərlik güləşi üzrə gənclərin
dünya birinciliyi keçirilib.”Neftçi İdman Klubu”nun yetirməsi Fərid Cabbarov
(80 kq) mundialda əzmlə çıxış edərək böyük uğura imza atıb. Mübarizəyə təsnifat mərhələsindən
başlayan idmançımız əvvəlcə rumıniyalı rəqibindən
güclü olub. Rumıniyadan olan daha bir güləşçini vaxtından əvvəl məyus edən Fərid
Cabbarov Ukraynanın iki pəhləvanını da xal vermədən məğlub edib və yarımfinala
vəsiqə qazanıb. Bu mərhələdə də Rumıniya idmançısına qalib gələn təmsilçimiz
finala yüksəlib. Həlledici görüşdə ukraynalı rəqibinə heç bir şans tanımayan
güləşçimiz dünya çempionu olub.Xatırladaq ki, bir neçə gün öncə Yunanıstanın Katerini
şəhərində keçirilən çimərlik güləşi üzrə Avropa birinciliyində də Fərid
Cabbarov qızıl medala sahib olmuşdu.