Futbol üzrə Azərbaycan çempionatının I Divizionunda
III turun oyunları keçirilir. “Qaradağ Lökbatan” bu
turda “Neftçi-2” komandası ilə qarşılaşıb. “Türk Hava Yolları
Futbol Mərkəzi”ndə (IV meydança) təşkil olunan oyunda komandamız 4:0 hesabı ilə qalib gəlib. Qolları rəqib qapısından Urfan İsmayılov (30), Həbib İsmayılov (37),
Əlibala Ağayev (52) və Elnur Səmədov (57) keçirib.Qeyd edək ki, matçın 54-cü dəqiqəsində
“Neftçi-2” komandasının heyətində Asim Əlizadə qırmızı vərəqə ilə cəzalandırılıb
və bundan sonra rəqib azlıqda qalıb.