Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil
etdiyi “Champions Chess Tour”un final mərhələsinin dördüncü turunun oyunları
keçirilib.”Neftçi İdman Klubu”nun şahmatçısı Teymur Rəcəbov dördüncü turda polşalı
Yan-Kşiştov Dudaya 2,5:1,5 hesabı ilə qalib gəlib. Bu, onun final mərhələsində ilk qələbəsidir. Şahmatçımız
bundan əvvəlki 3 turda məğlub olub.Qeyd edək ki, sentyabrın
29-da oynanılacaq beşinci turda Teymur Rəcəbov Ermənistan təmsilçisi Levon
Aronyanla qarşılaşacaq.