AFFA-nın bayrağı altında kiçikyaşlı futbolçular arasında müxtəlif liqalarda keçirilən Azərbaycan birinciliyinə start verilib.”Neftçi İdman Klubu”nun on altı yaşadək futbolçulardan ibarət komandası ilk oyunda “Sabah”la üz-üzə gəlib. Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında təşkil olunan qarşılaşma gərgin mübarizə və qarşılıqlı hücumlar şəraitində keçsə də, hesab açılmayıb – 0:0.Qeyd edək ki, futbolçularımız meydana üzərində şəhidlərimizin şəkilləri əks olunmuş formada çıxıblar.