“Neftçi İdman Klubu”nun yetirməsi Teymur Rəcəbov
norveçli dünya çempionu Maqnus Karlsenin
təşkil etdiyi “Champions Chess Tour”un (Çempionlar Turunun) final mərhələsinin
VIII turunda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovla üz-üzə gəlib. İlk 3
partiya heç-heçə ilə yekunlaşıb. Sonuncu partiyada Teymur Rəcəbov qələbə
qazanıb (2,5:1,5) və xal durumuna (24 xal) görə turnirdə ikinci pilləyə yüksəlib.