“Neftçi İdman Klubu”nun şahmatçısı Teymur Rəcəbov
norveçli dünya çempionu Maqnus Karlsenin
təşkil etdiyi “Champions Chess Tour”un (Çempionlar Turunun) final mərhələsində
ikinci yeri tutub.Bu gün keçirilən sonuncu – doqquzuncu turda şahmatçımız Fransa təmsilçisi
Maksim Vaşe-Laqravı 2,5:0,5 hesabı ilə məğlub edib. Turnirin yekun nəticələrinə
görə, Teymur Rəcəbov ikinci pillədə qərarlaşıb.Yarışın qalibi isə Maqnus Karlsen olub.Xatırladaq ki, Teymur Rəcəbov “Champions
Chess Tour” seriyası çərçivəsində keçirilən ikinci – “Airthings Masters”
turnirinin finalında Ermənistan təmsilçisi Levon Aronyanı məğlub edərək yarışın
qalibi olmaqla yanaşı, həm də seriyanın finalına vəsiqə qazanıb. Şahmatçımız seriyanın
üçüncü mərhələsində – “Opera Euro Rapid” turnirində isə üçüncü yeri tutub.