Norveçin paytaxtı Osloda keçirilən  güləş üzrə dünya çempionatı davam edir.”Neftçi İdman Klubu”nun Azərbaycan millisinin heyətində təmsil olunan yunan-Roma güləşçisi Sənan Süleymanov(77 kq) ilk mərhələdə Qırğızıstan idmançısına tam üstünlüklə qalib gəlib. Pəhləvanımız Tacikistandan olan həmkarına da heç bir şans tanımayıb. Sənan Süleymanov alman rəqibinə də eyni aqibəti yaşadaraq karyerasında ilk dəfə dünya çempionatının yarımfinalına yüksəlib.Bu mərhələdə Belarus təmsilçisi ilə qarşılaşma gərgin idman mübarizəsi şəraitində keçib. Yekunda minimal hesablı qələbə təmsilçimizi finala daşıyıb. İdmançımız qızıl medal uğrunda qarşılaşmada rusiyalı Roman Vlasovla üz-üzə gəlib. Görüşdən  məğlub ayrılan Sənan Süleymanov dünya çempionatının gümüş medalına layiq görülüb.