Yunanıstanın Saloniki şəhərində sambo üzrə yeniyetmə və gənclər arasında
keçirilən dünya birinciliyinə yekun vurulub.”Neftçi İdman Klubu” Azərbaycan millisinin
heyətində üç samboçu ilə təmsil olunub.
Səhliman Ağayevin yetirmələrinin hər biri böyük əzmkarlıq nümayiş etdirərək dünya
birinciliyinin mükafatına layiq görülüb.Yeniyetmələr
arasında təşkil olunan yarışda yalnız həlledici final qarşılaşmasında məğlub
olan Sahib Babayev (53 kq) gümüş medal qazanıb. Məhəmməd Məmmədzadə (+98 kq) isə
mötəbər yarışın bürünc medalına sahib olub.Gənclərin
mübarizəsində 88 kiloqram çəki dərəcəsində çıxış edən Adil Adilzadə də fəxri
kürsünün üçüncü pilləsində qərarlaşıb.