Azərbaycan Cüdo Federasiyası tərəfindən təşkil olunan növbəti yarışa yekun vurulub. Bakı klubları arasında keçirilən kişilərin və qadınların açıq “Federasiya kuboku”nda 32 komandanın tərkibində 199 cüdoçu (178 kişi, 21 qadın) medallar uğrunda mübarizə aparıb. Fövqəladə Hallar Nazirliyinin Hövsan qəsəbəsində yerləşən “Xilasedici” İdman-Sağlamlıq Mərkəzində baş tutan yarış üç gün davam edib.Yarışın keçirilməsində əsas məqsəd dekabrın əvvəlində təşkil olunacaq Azərbaycan çempionatında Bakı şəhərindən iştirak edəcək cüdoçuların müəyyən olunması idi.”Neftçi İdman Klubu” nun təmsilçiləri də turnirdə bacarıqlarını nümayiş etdiriblər. İdmançılarımız yarışın 6 medalına (1 qızıl, 1 gümüş, 4 bürünc) yiyələniblər.Cüdoçularımızdan Qönçə Cəfərli (+ 78 kq) qızıl medala sahib olub. Nigar Süleymanova (+78 kq) gümüş, Leyla Abdullayeva (52 kq), Rəşad Məmmədov (60 kq), Elşən Davudlu (90 kq) və Abdulla İsmayılov (100 kq) isə bürünc medala layiq görülüblər.