Koronavirusa yoluxan tanınmış jurnalist, idman şərhçisi, Azərbaycan Cüdo Federasiyası  baş katibinin müavini və bu qurumun Mətbuat xidmətinin rəhbəri Elnur Əşrəfoğlu vəfat edib.Elnur Əşrəfoğlu sentyabrın əvvəllərində koronavirusa yoluxmuşdu. Əvvəlcə ev şəraitində müalicə alan jurnalist daha sonra “Yeni Klinika”ya köçürülmüşdü. Ağ ciyərlərinin 85 faizi tutulduğundan kəskin tənəffüs və böyrək çatışmazlığından əziyyət çəkən Elnurun vəziyyəti gündən-günə ağırlaşırdı. Bu səbəbdən “Yeni Klinika”da ECMO aparatına qoşulan Elnurun həyatını həkimlərin bütün səylərinə baxmayaraq, xilas etmək mümkün olmadı. Gözəl diksiyaya malik olan, mükəmməlaparıcılıq qabiliyyətiilə milyonların sevimlisinə çevrilən Elnuru da COVİD-19 bəlası apardı aramızdan.Qeyd edək ki, Elnur Əşrəfoğlu 1993-2009-cu illərdə Azərbaycan Dövlət Televiziyasında çalışıb. “Neftçi” Futbol Klubunun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin, “Olimpiya.az” portalının rəhbəri, Azərbaycan Milli Olimpiya Komitəsinin üzvü, Azərbaycan Cüdo Federasiyası baş katibinin müavini və bu qurumun Mətbuat xidmətinin rəhbəri vəzifələrində işləyib.Allah rəhmət eləsin!