Futbol üzrə Azərbaycan çempionatının Birinci
Divizionunda VII turun oyunlarına yekun vurulub. Bu tur çərçivəsində “Qaradağ
Lökbatan” “Zirə-2” komandasının qonağı olub.”ASK Arena”da keçirilən matçda komandamız 3:0 hesabı ilə qələbə qazanıb.
“Qaradağ Lökbatan”ın heyətində Ceyhun Muxtarlı (28-ci dəqiqə), Sərxan
Abdullayev (56-cı dəqiqə) və Sabir Allahquliyev (72-ci dəqiqə) adlarını tabloya yazdırıblar.