“Neftçi İdman Klubu”nun təmsilçisi Elvin Astanov Bakı
Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən güllə
atıcılığı üzrə paytaxt çempionatında mükafata layiq görülüb. Bakı Atıcılıq Mərkəzində
baş tutan turnirdə Elvin Astanov pnevmatik tapançadan (PTÇ-3) 10 metr məsafəyə
atəşaçma yarışında 563 xal toplayaraq bürünc medal qazanıb.Qeyd edək ki, şəhər çempionatında 30 idmançı qalib
adı uğrunda mübarizə aparıb.