Birinci Divizionda X
turun oyunları keçirilir. “Qaradağ Lökbatan” bu turda “Sabah-2”
komandasını qəbul edib. Lökbatan qəsəbəsindəki Qaradağ Təlim-İdman Bazasının
stadionunda təşkil olunan qarşılaşmada  komandamız
3:2 hesabı ilə qələbə qazanıb. Matçın 7-ci dəqiqəsində Sabir Allahquliyev təmsilçimizi
önə çıxarıb. Rəqib 22-ci (Kamran Quliyev) və 24-cü (Fərid Kərimzadə) dəqiqələrdə
vurduğu qollarla üstünlüyü ələ alıb. İkinci hissənin 58-ci dəqiqəsində futbolçumuz
Həbib İsmayılov hesaba tarazlıq gətirib – 2:2. Oyunun sonuncu dəqiqəsində isə
Sabir Allahquliyev yenidən fərqlənib və “Qaradağ Lökbatan”ın qələbə qoluna imza
atıb – 3:2.