Futbol üzrə Azərbaycan çempionatının I Divizionunda XI
turun oyunları davam edir. “Qaradağ Lökbatan” bu tur çərçivəsində “Qəbələ-2”
komandasının qonağı olub. Qəbələ şəhər stadionunun ehtiyat meydançasında təşkil
olunan qarşılaşma təmsilçimizin 2:0 hesablı qələbəsi ilə sona yetib.Matçın
7-ci dəqiqəsində Elnur Cəfərov vurduğu qolla komandamızı önə çıxarıb. İlk hissənin
sonuncu dəqiqəsində isə Sabir
Allahquliyev adını tabloya yazdırıb – 2:0. Fasilədən sonra qol səsi
eşidilməyib. Oyun elə bu hesabla da başa çatıb.Qeyd edək ki, xallarının sayını 25-ə çatdıran
“Qaradağ Lökbatan”  komandası hazırda turnir cədvəlində liderliyini davam etdirir.