Dənizkənarı bulvar və İçəri
şəhər ərazilərində ölkəmizin şanlı qələbəsi ilə yekunlaşmış 44 günlük Vətən
müharibəsinə həsr olunan səmti müəyyənetmə üzrə “Zəfər Kuboku” yarışı
keçirilib. Yeddi kateqoriya üzrə təşkil olunan yarışa 250-yə yaxın idmançı qatılıb.”Neftçi İdman Klubu”nun təmsilçiləri
də turnirdə uğurla çıxış ediblər. Onlardan Gennadiy Klim kişilər arasında elit
kateqoriyada yarışın qızıl medalını qazanıb. Bu kateqoriyada digər idmançımız Elina
Çerpakova isə qadınlar arasında bürünc medala sahib olub.Klubumuzun yetirmələrindən
Oqtay Xudiyev K-10 kateqoriyasında liderliyə yüksəlib. Svetlana Xudiyeva isə Q-45 kateqoriyasında  bürünc medala yiyələnib.Qeyd edək
ki, “Neftçi İdman Klubu”nun təmsilçiləri”Zəfər Kuboku”ndakomanda hesabında üçüncü yeri
tutublar.