Bakı İdman Sarayında sərbəst
və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatına start verilib. Milli
komandalara seçim xarakteri daşıyan yarışın ilk günündə yunan-Roma güləşçiləri arasında
7 çəki dərəcəsi üzrə medalçılar müəyyənləşib.”Neftçi İdman Klubu”nun
yetirmələri çempionatda böyük əzmkarlıq nümayiş etdirərək bütün çəki dərəcələrində
mükafata layiq görülüblər. Pəhləvanlarımızdan Murad Məmmədov (63 kq), Ülvi Qənizadə
(72 kq) və Sənan Süleymanov (77 kq) bütün görüşləri qələbə ilə başa vuraraq fəxri
kürsünün ən yüksək pilləsinə qalxıblar. Yalnız həlledici final mərhələsində məğlub
olan Taleh Məmmədov (67 kq) və Xasay Həsənli (77 kq) gümüş medala yiyələniblər.
Digər güləşçilərimiz – Ziyad Zeynalov (55 kq), Nihad Quluzadə (60 kq), Şirxan
Quliyev (77 kq) və Tural Daşdəmirov (82 kq) isə ölkə çempionatını bürünc
medalla başa vurublar.