Fövqəladə Hallar
Nazirliyinin Hövsan qəsəbəsində yerləşən “Xilasedici” İdman-Sağlamlıq
Mərkəzində kişilər və qadınlar arasında cüdo üzrə Azərbaycan kuboku uğrunda
keçirilən yarış davam edir. Turnirin ikinci günündə 4 çəki dərəcəsi üzrə
qarşılaşmalar təşkil olunub. Qadınlar 52, 70 kiloqram, kişilər isə 66 və 90
kiloqram çəki dərəcələrində bacarıqlarını nümayiş etdiriblər.Klubumuzun təmsilçiləri
yarışın ikinci günündə daha 3 medal əldə ediblər. Cüdoçularımızdan Ülviyyə Bayramova
(52 kq) qadınlar, Yaşar Nəcəfov (66 kq) və Vüqar Talıbov (90 kq) isə kişilər
arasında bürünc medala yiyələniblər.Qeyd edək ki, turnirin birinci günündə
klubumuzun yetirmələrindən Balabəy Ağayev (60 kq), Aydan Vəliyeva (48 kq)
qızıl, Rövşən Əliyev (60 kq) gümüş, Əhməd Yusifov (60 kq), Zelim Tçkayev (81
kq) və Ayşə Vəliyeva (48 kq) isə bürünc medal əldə ediblər.