Cəlilabad Olimpiya
İdman Kompleksində təşkil olunan kəmər güləşi üzrə Azərbaycan çempionatı sona
yetib.”Neftçi İdman
Klubu”nun yetirmələri yarışı 5 medalla ( 4 qızıl, 1 bürünc) başa vurublar.
İdmançılarımızdan 60 kiloqram çəki dərəcəsində çıxış edən Tural Qurbanov, Cavid
Zeynallı (70 kq), Arif Niftullayev (100 kq) və Hüseyn Hüseynov (90 kq) məğlubiyyət
tanımayaraq ölkə çempionatının qızıl medallarına sahib olublar. Klubun digər təmsilçisi Nurlan Quluzadə (60 kq) isə fəxri
kürsünün üçüncü pilləsində qərar tutub.